Azərbaycan koronavirusa qarşı peyvəndləməyə görə MDB ölkələri arasında lider mövqeyə çıxıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "Mir 24" telekanalı bildirir.
Qeyd olunur ki, bu günədək ölkədə əhalinin 18 faizi peyvəndlənib: "Vaksinin birinci dozasını 1,5 milyondan, hər iki dozanı 1 milyona yaxın azərbaycanlı qəbul edib. Ölkədə 4 vaksin - Rusiyanın "Sputnik V", Çinin "CoronaVac", Almaniya və ABŞ-ın "Pfizer", Böyük Britaniya və İsveçin "AstraZeneca" vaksinləri qeydiyyatdan keçib".