İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub

464

İyunun 12-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 40 min 844 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 471, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 373 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 742 min 867-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 783 min 506, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 959 min 361 nəfərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: