Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib.
NUHÇIXAN İnformasiya Agentliyi “TRTHaber”ə istinadən bildirir ki, peyvəndin adını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
İyunun 22-də könüllülərə yerli aşının üçüncü fazasının ilk dozası vurulub.
R.T.Ərdoğan mərasimə video-konfrans vasitəsilə qatılıb.
“Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq”, - o vurğulayıb.