Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı 3 milyonu keçdi

A- A A+

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 843 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 559 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 032 516, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 971 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 060 586 təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: