Türkiyənin ilk yerli TURKOVAC peyvəndinin 3-cü faza fəaliyyətləri Azərbaycan, Macarıstan və Qırğızıstanda da aparılacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “COVID-19”-la mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra açıqlamasında bildirib.
Nazir deyib ki, əlavə bir neçə ölkənin də bu siyahıya daxil edilməsi nəzərdə tutulub: “Danışıqlar davam edir. 29 mərkəzdə 40 min 800 nəfərə tətbiq olunacaq”.
Qeyd edək ki, TURKOVAC peyvəndi birinci və ikinci faza çərçivəsində 294 könüllüyə tətbiq olunub.