İyunun 28-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 608 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 317, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 291 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 349 min 35-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 139 min 1, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 210 min 34 nəfərdir.