NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1" telekanalının efirində D vitamini defisitinin ən çox rast gəlinən simptomundan danışıb.
Onun sözlərinə görə, söhbət izaholunmayan əzələ-skelet ağrılarından gedir.
"Tibbi qanunlara görə, hər yanı ağrıyan, ancaq aydın seçilən yırtıq, fibromialgiya, polimialgiya əlamətləri olmayan şəxs mütləq D vitamininin səviyyəsinə görə yoxlanışdan keçməlidir", - Myasnikov deyib.
Həkim qeyd edib ki, D vitamininin orqanizmdə hasil olması üçün xüsusi olaraq gündə qaralmağa ehtiyac yoxdur.
"Əslində D vitamini praktiki olaraq Günəşsiz, sadəcə açıq havada əmələ gəlir", - həkim deyib.
Myasnikov dəqiqləşdirib ki, bunun üçün yarım saat açıq havada olmaq kifayət edir, qışda isə bu müddəti artırmaq lazımdır. Günəş şüaları altında D vitamini, həkimin sözlərinə görə, 5-10 dəqiqə arasında əmələ gəlir.
Həkim D vitamini mənbələri kimi dəniz məhsullarını, yumurta və südü istemal etməyi məsləhət görür. O, həmçinin qeyd edir ki, bu vitamininin çatışmazlığı onkoloji və ürək xəstəliklərinin yaranmaslna səbəb ola bilər.