İyunun 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 73 min 206 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 185, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 38 min 21 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 422 min 241-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 174 min 186, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 248 min 55 nəfərdir.