“Allergiyası olan xəstələrin COVID-19-a yoluxma ehtimalı azdır, elm adamları bununla bağlı fərqli fərziyyələr irəli sürürlər”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiyanın İmmunologiya İnstitutunun direktoru Musa Xaitov "RİA Novosti"yə açıqlamasında bildirib.
Mütəxəssis qeyd edib ki, pandemiyanın başlamasından təxminən bir il yarım keçir, lakin alergiyalı xəstələrin koronavirus infeksiyasına yoluxma ehtimalının az olduğuna dair dəlillər var: “Araşdırmalara görə, allergik bronxial astma xəstələrində koronavirusun ağır gedişatı riskini artıran bir amil olmayıb. Bunun nə ilə əlaqəli olduğunu söyləmək hələ çətindir, müxtəlif fərziyyələr səsləndirilir, lakin bütün hallarda təsdiq tələb olunur”.