İyulun 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 769 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 294, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 475 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 793 min 533-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 345 min 371, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 448 min 162 nəfərdir.