Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 4 milyonu keçdi

A- A A+

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 510 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 015 612, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 437 929, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 577 683 təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: