Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

A- A A+

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 774 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 123, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 651 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 283 501, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 548 890, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 734 611 təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: