Naxçıvanda COVID-19 virusuna qarşı vaksinasiyalar davam etdirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq növbəti mərhələdə Şahbuz Rayon İcra Hakimiyyətinin 35 əməkdaşına peyvənd vurulub.
Vaksinasiya tədbirlərinin aparılması üçün rayon mərkəzi xəstəxanasında xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib.
Vaksinasiyaya cəlb edilənlərə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini vurulub və heç bir narahatlıq müşahidə olunmayıb.
Qeyd edək ki, bu günə kimi Şahbuz rayonunda COVID-19 xəstəliyi əleyhinə 1800 nəfərə yaxın sakinə birinci mərhələ üzrə, 1500 nəfərdən artıq sakinə isə ikinci mərhələ üzrə peyvəndlər vurulub. Əməkdaşlarda 2-ci doza vaksinasiya ilk peyvənddən 28 gün sonra həyata keçiriləcək.
Novruz Məmmədov