Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

A- A A+

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 020 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 801 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 632 349, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 686 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 945 857 təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: