Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

A- A A+

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 81 690 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 622, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 714 039, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 731 114, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 982 925 təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: