Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

A- A A+

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 87 286 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 183 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 885 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 827 855, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 057 717 təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: