Kəngərlidə vaksinasiya prosesi davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon sakinləri olmaqla ümumilikdə 72 nəfərə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini vurulub.

Bu məqsədlə Kəngərli Rayon Mərkəzi Xəstəxanasında xüsusi peyvənd otaqları ayrılıb, zəruri avadanlıqlar və dərman preparatları ilə təchiz edilib. Vaksinasiyaya cəlb edilən şəxslər əvvəlcə tibbi müayinələrdən keçirilib. 58 şəxsə birinci doza, 14-nə isə ikinci doza vaksinlər vurulduqdan  sonra heç bir narahatlıq müşahidə olunmayıb. Birinci doza vaksinasiyasından 28 gün sonra həmin şəxslərə 2-ci doza vaksin vurulacaq.

Qeyd edək ki, bu günə kimi  Kəngərli rayonunda COVID-19 xəstəliyi əleyhinə 1063 sakinə birinci mərhələ üzrə, 588 sakinə isə ikinci mərhələ üzrə peyvəndlər vurulub.

Ərhan Novruzov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: