Ana südünün faydaları

A- A A+

1-7 avqust Ümumdünya Ana Südü ilə Qidalandırma həftəsidir.

Səhiyyə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ana südü körpələrə ilk 6 ay ərzində lazım olan bütün maddələri verə biləcək ən yaxşı qidadır:

“Ana südü və doğuşdan sonra ilk sarı süd körpə üçün çox əhəmiyyətlidir. Körpəni xəstəliklərə qarşı qoruduğu üçün körpənin ilk peyvəndi də adlandırılır.

Ana südü, körpənin ilk 6 ay ərzində ehtiyac duyduğu zülal, yağ, dəmir və vitaminlər kimi hər cür qida dəyərini ehtiva edən ideal qida mənbəyidir.

İçərisindəki qoruyucu maddələr səbəbiylə körpəni infeksiyalardan qoruyur. Ana südündə kifayət qədər su və vitamin olduğu üçün çox isti iqlimlərdə belə körpəyə əlavə su verməyə ehtiyac yoxdur. Bundan əlavə, ana südü körpənin anası ilə sevgi əlaqəsi qurması üçün ən yaxşı ünsiyyət vasitəsidir”.

Bildirilib ki, ana südü körpəni ishal və tənəffüs yolu infeksiyaları kimi xəstəliklərdən qoruyur, çənə və dişlərin inkişafında əhəmiyyətli rola malikdir. Ana südü ilə qidalanan uşaqlar astma, allergiya və uşaq diabeti kimi xəstəliklərə daha çox müqavimət göstərir.

Məndə bütün gənc analara və analığa namizəd xanımlara belə bir mesaj vermək istəyirəm: Sağlam nəsillər üçün ana südünün faydalarının fərqində olaq. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: