Şahbuz rayonunda keçirilən tibbi aksiya zamanı 189 müayinə, 3 cərrahi əməliyyat aparılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi bu gün Şahbuz Rayon Mərkəzi Xəstəxanasında rayon üzrə aztəminatlı ailələrin tibbi müayinə və müalicələrinin aparılması üçün humanitar tibbi aksiya keçirib.
Tibbi aksiyada həkim briqadası 189 müayinə aparıb. 13 nəfər endokrinoloq, 24 nəfər terapevt, 38 nəfər oftalmoloq, 40 nəfər nevropatoloq, 40 nəfər ürək-damar cərrahı, 11 nəfər ümumi cərrahın tibbi xidmətlərindən yararlanıb. Gün ərzində 3 cərrahi əməliyyat aparılıb. Həmçinin 1 uşaq sünnət edilib. 3 nəfər müalicə üçün Diaqnostika Müalicə Mərkəzinə dəvət olunub. 23 nəfər isə funksional diaqnostika üzrə ultrasəs müayinələrindən keçirilib.
Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib, tibbi məsləhətlər verilib. Həkim briqadası, həmçinin Şahbuz Ahıllar evində də olub, burada yaşayan 3 ahıla tibbi xidmət göstərib.
Adilə Səfərova