Ağ evin Baş tibbi müşaviri: COVID-19-un “delta” variantının qarşısı alınmasa, daha təhlükəli ştamlar ortaya çıxacaq
COVID-19-un “delta” variantı Amerikanın bütün cənub ştatlarında sürətlə yayılmağa davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağ Evin baş tibbi müşaviri doktor Entoni Fauçi, ABŞ-ın COVID-19-un “delta” variantının əhali arasında yayılmasının qarşısını ala bilməyəcəyi təqdirdə, ölkədə heç bir vaksinin təsir edə bilməyəcəyi yeni ştamların ortaya çıxmağa başlayacağını bildirib.
“Bu, virusun əhali arasında yayılmasına nəzarət edə bilməyəcəyimiz təqdirdə baş verəcək. Buna görə həmkarlarım və mən daim təkrar edirik ki, mümkün qədər çox insana peyvəndin vurulması çox vacibdir. Virus peyvənd olunmayan əhali arasında yayıldıqda, hazırda vaksinasiya dərəcəsi aşağı olan bir çox ştatlarda sürətlə baş verdiyi kimi, o, insanda ümumiyyətlə simptomların olub-olmamasından asılı olmayaraq mutasiya edə bilər. Virusa mutasiya etmək üçün kifayət qədər imkan verirsinizsə, gec-tez başqa bir ştam ortaya çıxacaq və ola bilsin ki, bəzi məqamlarda o daha da pis ola bilər”, - deyə Entoni Fauçi cümə axşamı vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın yetkin əhalisinin 70 faizindən çoxu artıq vaksinin ən azı bir dozasını alıb, ABŞ-ın yetkin əhalisinin 61 faizi isə hər iki doza alıb, tam vaksinasiyadan keçib. Bununla belə, ölkə miqyasında, vaksinasiyaya yararlı olan təxminən 93 milyon amerikalı peyvənd olunmayıb.