“Azərbaycanda yoluxma sayı artsa da, hələlik səhiyyə sistemimiz yüklənməyib”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, qoruyucu qaydalara yenə də ciddi əməl etmək və vaksinasiyaya qoşulmaq mütləqdir: “Yalnız bundan sonra yoluxma sayında effektivliyə nail ola bilərik. Nəzərə alsaq ki, keçən ilin bu vaxtı ilə müqayisədə yoluxma sayı ilə yanaşı, ölüm faktları çox olurdu. Rəsmi qurumların bildirdiyinə görə ölkədə hazırda virusa yoluxanların böyük əksəriyyəti peyvənd olunmayanlardır. Digər tərəfdən isə deyirik ki, ölüm sayı azdır. Bu da o deməkdir ki, peyvəndləmə öz effektini göstərmiş olur”.
T.Eyvazov qeyd edib ki, yaxın vaxtlarda böyük kütlə peyvənd olunacaqsa, yoluxma saylarında aşağı rəqəmlər görüləcək: “Bu zaman vəziyyətə nəzarət edə biləcəyik”.