ÜST koronavirusa qarşı üçüncü vaksin dozasına ehtiyac görmür

A- A A+

Əldə olan məlumatlar hazırda COVID-19 əleyhinə buster (üçüncü doza) vaksinlərinə ehtiyac olmadığını göstərir.

NUHÇIXAN İnformasiya Agentliyi Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan Cenevrədə keçirilən mətbuat konfransında deyib.

“Biz əminik ki, COVID-19 infeksiyası əleyhinə üçüncü vaksin dozasına ehtiyac yoxdur”, - deyə Sumya Svaminatan bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının baş müşaviri Brüs Eylvard yüksək gəlir səviyyəsinə malik ölkələrdə tətbiq edilən təkrar vaksinasiyanı nəzərdə tutaraq, dünyada yetərincə peyvənd dozası olduğunu, lakin onun lazımi yerlərə lazımi qaydada paylanmadığını vurğulayıb. Onun sözlərinə görə, busterlərin tətbiqindən öncə bütün dünyada əhalinin həssas təbəqəsi tam vaksinasiya olunmalıdır.

ÜST-nin bu barədə şərhi ABŞ hökumətinin koronavirusun “delta” ştamına yoluxma hallarının artması ilə əlaqədar sentyabrın 20-dən başlayaraq bütün amerikalılar üçün əlçatan olacaq buster peyvəndi adlanan üçüncü vaksin dozasının tətbiqi barədə planlarını elan etdikdən bir qədər öncə səslənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: