Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

A- A A+

Avqustun 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 58 282 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 690, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 592 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 991 016, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 574 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 416 859 təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: