Rusiya Səhiyyə Nazirliyinin Gamaleya adına Mərkəzinin rəhbəri Aleksandr Qintsburq bildirib ki, “Sputnik V” peyvəndinin yaradıcıları COVID-19-un “delta” ştamına qarşı mübarizə aparmaq üçün preparatı modifikasiya ediblər.
Bunu NUHÇIXAN İnformasiya Agentliyi Rusiya KİV-lərinə istinadla xəbər verir.
Alimin sözlərinə görə, "peyvəndin hazırlanmış konstruksiyası artıq soyuducudadır". Bununla yanaşı, o, preparatın yeni variantının effektivlik dərəcəsi haqqında danışmağın hələ tez olduğunu hesab edir.
"Bütün peyvənd istehsalçıları "delta" ştamının ardıcıllığı əsasında peyvənd hazırlamağa başlayıb, və onun "delta" ştamına qarşı mövcud preparatlardan daha yaxşı olub-olmayacağını apriori heç kim deyə bilməz", - deyə Quntsburg vurğulayıb.
Onun fikrincə, Rusiya Birbaşa İnvestisiya Fondunun Sputnik Light-ı buster (üçüncü doza) kimi istifadə edilməsi təklifi "delta ştamına" qarşı peyvəndin effektivliyinin artırılması baxımından Pfizer / BioNTech şirkəti üçün perspektivlidir.
Qintsburq hesab edir ki, Rusiyada koronavirusa yoluxma hallarının sayının azalması fonunda COVID-19 səbəbi ilə ölüm hallarının yüksək göstəriciləri COVID-19-un “delta” ştamının dominantlığı ilə bağlıdır. Buna baxmayaraq, gələcəkdə başqa mutasiyalar da mümkündür, lakin onların daha təhlükəli olub-olmadığını demək çətindir.