“Monitorinq qruplarına cəlb olunan polis əməkdaşları həm də mülki geyimdə xidmət həyata keçirəcək”.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, monitorinqlər, həmçinin təhsil müəssisələrində də aparılacaq: “Əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVİD pasportu olmasa, həmin təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyacaq”.