Peyvəndin hamiləliyə yan təsiri yoxdur

A- A A+

“İnaktiv virus peyvəndlərinin tarix boyu hamiləliyə yan təsiri olmayıb”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.

O qeyd edib ki, Amerikada aparılan elmi tədqiqatın nəticəsi bunu deməyə əsas verir.

“Həmin elmi tədqiqatda 20 fərqli sahə üzrə bir həftə öncə çıxan klinik protokollar ortaya qoyuldu və təsdiqləndi. Protokolda qeyd edilir: “Bütün hamilə olan və gələcəkdə hamiləliyi planlaşdıran şəxslərin nəzərinə: mütləq sizin peyvənd olunmağınız tövsiyə olunur”. Bu, minlərlə araşdırmanın nəticəsi, elm adamlarının qərarıdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: