Baş pediatr: “Ana südü uşaq ölümlərini azaldan ən əsas komponentlərdən biridir”

A- A A+

“Dünyada ana südünü əvəz edə biləcək süni qida yoxdur”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Baş pediatr bildirib ki, həkim təyinatı olmadan uşağa süni qida verilməməlidir: “Hər uşağa uyğun olan qida verilməlidir. Ana südü uşaq ölümlərini azaldan amillər içərisində ən əsas komponentlərdən biridir. Bütün dünyada birinci yerdə ana südüdür. Üçüncü yerdə isə peyvəndlər gəlir. Valideynlər süni qidaları uşağa verəndə yaxşı-yaxşı düşünüb, sonra bu addımı atmalıdır. Ananın südünün kəsilməsinin səbəbləri araşdırılmalıdır. Hansı həkim desə ki, bu süni qida ana südünü əvəz edə bilər, tamamilə yalandır. Məcbur qaldıqda, həkim yalnız ana südünü əvəz etmək süni qida tövsiyə edə bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: