Naxçıvanda Doğum Mərkəzinə 2 PHİLİPS aparatı verilib - VİDEO
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə 2 müasir tipli PHİLİPS-rəngli Dopler aparatı verilib. Aparatların verilməsində məqsəd ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətini daha da yüksəltməkdir.
Hollandiya istehsalı olan bu aparat hamiləliyin gedişinin izlənməsi, dölün ətrafının incələnməsi, qüsurların vaxtında aşkar edilməsi və digər müayinələrin düzgün aparılmasına şərait yaradacaq.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Hafizə Əliyeva