Əcnəbi vətəndaşlar Azərbaycanda COVID-19 əleyhinə peyvənd oluna bilərlər

A- A A+

Azərbaycanda əcnəbi vətəndaşların yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndlənməsi mümkündür. Lakin bunun üçün xarici ölkə vətəndaşlarının ölkəmizdə müvəqqəti və ya daimi yaşayış haqqında icazə sənədləri olmalıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxışın verdiyi məlumata görə, ölkədə müvəqqəti və ya daimi yaşamaq icazəsi olanlar, eyni zamanda xaricdən gələn miqrantlar şəxsiyyət vəsiqələrinin fin kod vasitəsilə istənilən peyvənd məntəqəsində vaksinasiyadan keçə bilərlər. Əcnəbi vətəndaşların https://randevu.its.gov.az/ saytında randevu götürməyi mümkün olmadığı üçün, onlar e-tabib tətbiqindən istifadə edərək istənilən peyvənd məntəqəsində vaksinasiyadan keçə bilərlər.

Xarici İşlər Nazirliyi tərəfindən diplomatik vəsiqə ilə təmin olunanların və beynəlxalq təşkilat nümayəndələrinin peyvəndlənməsi Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzində aparılır. Əvvəlcə Xarici İşlər Nazirliyinə müraciət edən diplomatik vəsiqə ilə təmin olunanların və beynəlxalq təşkilat nümayəndələrinin siyahısı Xarici İşlər Nazirliyindən Səhiyyə Nazirliyinə göndərildikdən sonra onlar barədə peyvənd məntəqələrinə müvafiq məlumat göndərilir.

Peyvənd məntəqələrindən verilən məlumata əsasən, sutkada təxminən 10-30 nəfər diplomatik vəsiqə ilə təmin olunanların və beynəlxalq təşkilat nümayəndələrinin peyvəndlənməsi ödənişsiz olaraq həyata keçirilir.

Onu da qeyd edək ki, turistlərin Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olmadığı üçün peyvənd oluna bilmirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: