“Koronavirusun əlamətləri tamamilə dəyişib” - Tanınmış həkimdən xəbərdarlıq

A- A A+

“Koronavirusu simptomsuz keçirən və virusa yoluxduğunun fərqində olmayan insanlar avtobusa, metroya minərək hamını yoluxdururlar”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin məşhur həkimi, professor Mehmet Ceylan “DHA”ya müsahibəsində söyləyib.

Onun sözlərinə görə, COVİD-19-a yoluxan uşaqlarda müşahidə olunan kliniki əlamətlərdə dəyişikliklər baş verib.

“Əlamətlər tam dəyişib. Əvvəllər hərarət, baş və bədən ağrıları, dadbilmənin pozulması ön planda idisə, indi daha çox adi soyuqdəymə əlamətləri özünü göstərir”, - o qeyd edib.

Professor bildirib ki, yetkin şəxslərin 85 %-i, uşaqların isə 90 %-i koronavirusu simptomsuz keçirir: “Avtobusa minirsiniz, tutaq ki, orada koronavirusa yoluxmuş bir sərnişin var. Amma fərqində deyil, qızdırması yoxdur, heç bir şikayəti yoxdur. Maskasını da düzgün taxmır. Həmin şəxs bütün avtobusu yoluxdurur. Bu xüsusiyyət tamamilə COVID-19-a aiddir. Qripdə belə olmur. Qripə tutularaq xəstələnən adamlarda mütləq müvafiq əlamətlər olur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: