"Koronavirusun “mü” ştamı "delta" ştamı qədər təhlükəli deyil, onun yoluxma arealı da geniş olmayacaq".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu biologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyası Tibbi Genomika Araşdırma Mərkəzinin baş elmi işçisi Ança Baranova deyib.
“Koronavirusun "mü" ştamı "delta"nın az olduğu və ya olmadığı ölkələrdə yayıla bilər", - Baranova qeyd edib.
Elmi işçi "delta" ştamının güclü yoluxuculuğu səbəbindən dominant olaraq qaldığını vurğulayıb.
Qeyd edək ki, koronavirusun “mü” ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib.