Azərbaycanda əhalinin neçə faizinə ikinci doza vaksin vurulub?

A- A A+

Azərbaycanda doqquz ay ərzində artıq əhalinin 53,2 faizi ikinci doza vaksin alıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsi tərəfindən ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə bağlı mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlərlə bağlı keçirilən dinləmələr zamanı səsləndirib.

Onun sözlərinə görə, Bakı şəhərində bu göstərici daha yüksəkdir - 66,2 faiz təşkil edir.

V.Qasımov bildirib ki, təkcə sentyabr ayı ərzində 1,7 milyon doza vaksin istifadə olunub və bu orta hesabla gündə 60 min peyvənd deməkdir.

Qeyd edək ki, Azərbaycanda 2021-ci il yanvarın 18-dən vaksinasiya başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: