Azad edilən ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat keçirilib

A- A A+

"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin yanvar-iyun ayları ərzində neytral vasitəçi qismində iştirakı ilə son döyüşlərin təsirinə məruz qalan ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edib".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, 283 bioloji referent nümunəsi 1990-ci illərdə itkin düşən şəxslərin 118 ailəsindən toplanıb: "3 müşayiətçi bioloji referent nümunələrinin toplanması prosesi zamanı itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərib. 67 itkin düşmüş şəxsin ailəsinə nağd pul yardımı göstərilib. 30 müşayiətçi itkin düşmüş şəxslərin ailələrinə COVID-19 pandemiyası və eskalasiya ilə əlaqədar məsafədən dəstək göstərməyə davam edir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: