ÜST: “Sputnik V” vaksini barədə qərar “yekun inspeksiya”dan sonra qəbul ediləcək

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyada istehsal edilən koronavirus əleyhinə “Sputnik V” vaksini barədə qərar onun təcili tətbiq edilməli vasitələr reyestrinə (Emergency Use Listing, EUL) daxil edilməsi proseduru çərçivəsində Rusiyada “yekun inspeksiya”dan sonra qəbul ediləcək.

NUHÇIXAN İnformasiya Agentliyi ÜST-nin saytına istinadla xəbər verir ki, “EUL çərçivəsində ÜST-nin qiymətləndirmə prosedurunda COVID-19 vaksinlərinin statusu” adlı sənəddə “Sputnik V” vaksini barədə prosesin bərpa olunması qeyd edilir. İndi bu təşkilatda “yekun inspeksiya” keçirilməsi barədə əlavə məlumatı gözləyirlər. Sənəddə vurğulanır ki, bütün məlumatlar təqdim ediləndən və sonrakı təftişlər başa çatandan dərhal sonra ÜST-də “Sputnik V” barədə qərar qəbul ediləcəyi tarix müəyyən olunacaq.

Rusiya Birbaşa İnvestisiyalar Fondu oktyabrın 20-də bildirib ki, ÜST “Sputnik V” vaksininin bəyənilməsi prosedurunun davam etdiyini təsdiqləyib. Məlumatda deyilir: “ÜST-nin bir qrup inspektoru vaksin barədə bütün zəruri məlumatları toplamaq üçün yaxın vaxtlarda Rusiyaya səfər etməlidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: