Azərbaycanda COVID-19 əleyhinə birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb

A- A A+

Oktyabrın 21-də Azərbaycanda 32 min 200 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 min 716 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 289 min 672, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 7 min 726, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 281 min 946 nəfər təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: