Naxçıvanda şəhid və qazi ailələri üçün keçirilən humanitar tibbi aksiyalar davam edir

A- A A+

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri şəhid ailələrininin və qazilərin tibbi müayinəsini və cərrahi əməliyyatlarını  davam etdirir.  NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  növbəti aksiya Naxçıvan şəhərində olub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında  tibb müəssisəsinin  tam heyəti- həkim və tibb işçilərinin iştirakı ilə təşkil olunan aksiyada əvvəlcə şəhid ailələri üçün çay süfrəsi təşkil olunub. Bildirilib ki, xalqımıza qələbəni yaşadan qazi  və  şəhidlərimizin  xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinin sağlamlıqları diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi olaraq yerlərdə şəhid ailələri ilə görüşləri təşkil olunur, onlara lazımi tibbi xidmətlər göstərilir.

Gün ərzində davam edən tibbi aksiyada18 şəhid ailəsinin 65 üzvü 420-dən çox tibbi prosedurdan keçirilib, laborator təhlillər, rentgen, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb, müvafiq təyinatlar verilib. Müayinələrin aparılmasında uroloq, lor, oftalmoloq, terapevt, endokrinoloq,  nevropatoloq, fizioterapiya, Ultrasəs müayinəsi, laborant və  xəstəxananın digər ixtisasları üzrə  həkimləri  iştirak ediblər.  Bir xəstənin diş protezi üçün ölçüsü alınıb, bir xəstənin öd əməliyyatı xəstəxana hesabına təmənnasız icra edilib, bir xəstə eynəklə təmin olunub, bir yataq xəstəsi isə xəstəxananın həkim nəzarətinə götürülüb. Tibbi proseduradan keçən şəhid ailə üzvləri lazım olan bütün dərmanlarla xəstəxana hesabına ödənişsiz  təmin edilib. 

Qeyd edək ki, aksiyaya əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq  pasiyentlərin qeydiyyatı aparılıb.

                                                                                                                                                Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: