Azərbaycanda koronavirusdan ölüm halları üzrə regionun ən aşağı göstəricisi qeydə alınıb

A- A A+

Azərbaycanda koronavirusdan ölüm halları üzrə regionun ən aşağı göstəricisi qeydə alınıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "Our World in Data" portalında deyilir.

Qeyd olunur ki, regionda ən yüksək ölümlülük Gürcüstanda qeydə alınıb. Burada bir milyon əhalinin payına 2,6 min ölüm düşüb.

İkinci yerdə qərarlaşan Ermənistanda COVID-19 infeksiyasından bir milyon nəfərə 2,2 min nəfər həyatını itirib.

Azərbaycanda isə bu göstərici bir milyon nəfərə 713 ölümə bərabər olub.

Qeyd edək ki, bu günədək Azərbaycanda 552 322 nəfər koronavirusa yoluxub, 7 342 nəfər vəfat edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: