Koronavirus əleyhinə vaksinin dördüncü dozasının vurulub-vurulmaması ilə bağlı hələ heç bir qərar yoxdur.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, cari vəziyyətlə bağlıdır:
"Bildiyiniz kimi, avqustun 15-dən başlayaraq ikinci dozadan 6 ay keçmiş insanlara vaksinin 3-cü dozası vurulur. Getdikcə buster dozanı qəbul edənlərin sayı artır. 3-cü doza almış insanlarda xəstəliklə mübarizə üçün immunitet kifayət edir. Yoluxanda da peyvənd olunmuş insanlar xəstəliyi daha yüngül keçirir", - deyə o əlavə edib.