Azərbaycanda bu günə kimi pandemiya ilə mübarizəyə 43 551 tibbi personal, 574 könüllü, 380 xaricdən dəvət olunan mütəxəssis cəlb edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
O, həkimlərin 44 günlük Vətən müharibəsində də xidmətindən danışıb: “Vətən müharibəsi zamanı yaralılara 10 000 tibbi personal, 1300 könüllü, 100 xaricdən dəvət olunan mütəxxəsis xidmət göstərib”.