Mütəxəssislər koronavirusun nadir fəsadlarını üzə çıxarıblar

A- A A+

Koronavirusdan sağalan insanlarda sonradan nadir rast gəlinən fəsadlar üzə çıxa bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov deyib.

O bildirib ki, COVID-19-dan sağalmış insanlarda sonradan eşitmə sinirinin zədələnməsi qeydə alına bilər.

Koronavirusun ikinci fəsadını xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis, tibb elmləri doktoru Vladislav Jemçuqov aşkarlayıb. Tibb mütəxəssisinin apardığı müşahidələr zamanı məlum olub ki, xəstəlikdən sonra beynin yayılmış zədələnməsi yarana bilər, bu zaman mikrotromboz və sistemli iltihab baş verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: