Britaniyalı həkimlər koronavirusun yeni "omikron" ştamının təhlükəli olduğunu şübhə altına alıblar. Bundan əvvəl ölkənin baş naziri Boris Conson onu çox təhlükəli adlandırmışdır. Xüsusilə, yeni ştamın peyvənd edilmiş insanlar arasında yoluxmaya səbəb ola biləcəyi bildirilirdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekspertlər heç də baş nazirin narahatlığını bölüşmürlər. Belə ki, mütəxəssislər hesab edir ki, ölkə üçün "Delta" ştamı daha böyük təhlükə yaradır. Həkimlər bildirir ki, hamı yaxşı bilirdi ki, koronavirusun yeni ştamları yaranacaq və "omikron"la bağlı tədqiqatlar başa çatana qədər heç bir qəti qərar vermək olmaz.
Oksford Universitetinin professoru Con Bell hesab edib ki, "omikron" tam peyvənd olunmuş insanlarda maksimum baş ağrısı və zökəm yarada bilər. O belə bir qənaətə gəlib ki, yeni ştam koronavirusu ağır keçirənlərin sayında artıma səbəb olmayacaq.