14 gün bu metodu etsəniz, virus məhv olar - Türk professordan açıqlama

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyəli mütəxəssis professor Abdurrahman Bakır maraqlı təklif irəli sürüb. Professor maskaların çox önəmli olduğunu deyib:

"Virus damla yolu ilə orqanizmə keçir. Bu isə çox zaman qarşılıqlı söhbətləşmə zamanı, maskaların taxılmadığı zaman baş verir. Virusun yoluxdurması üçün 1 dəqiqə belə qarşılıqlı maskasız söhbət etmək yetərlidir. Ətrafımda virusu keçirən yüzlərlə insanla danışdım. Hamısı eyni sözü dedi. Birlikdə maskasız vaxt keçirir, bir yerlərdə yemək yeyib-içirlər. 90 faizinin yoluxma səbəbi budur.

Mümkün olduğu qədər hər yerdə, evdə, işdə, qapalı məkanlarda maska taxmalısınız. Gündəlik həyatımın çox hissəni xəstəxanalarda keçirirəm. Hətta ictimai nəqliyyatdan da istifadə edirəm. Amma mütləq qaydalara əməl edirəm. Maskanı heç zaman çıxarmıram. Mənim isə belə bir təklifim var. Effektli olacağını düşünürəm. Bu biraz çətindir, amma Türkiyədə müəyyən bir tarixdən 14 gün ərzində heç kim evləri də daxil olmaqla maskasız bir-biriləri ilə danışmayacaqsa, 14 gün ərzində belə bir şey tətbiq olunarsa, virus yox olar, yoluxma sayı enər"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: