İlkin məlumatlar göstərir ki, koronavirusun omikron ştamına yoluxanlar COVID-19 xəstəliyini daha yüngül formada keçirirlər, lakin bu barədə qəti fikir söyləmək hələ tezdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bu fikri CBS telekanalına müsahibəsində söyləyib.
O deyib: “Omikron ştamının doğurduğu xəstəliyin ağırlıq dərəcəsi barədə məlumatlarımız hər gün artır. İlkin məlumatlar göstərir ki, omikron ştamına yoluxmuş insanlar xəstəliyi daha yüngül formada keçirirlər. Yoluxmadan tam sağalmaya qədər proses xeyli vaxt tələb edir. Yəqin ki, bir neçə həftədən sonra biz omikron ştamına yoluxmuş insanlardan neçəsində xəstəliyin ağır keçməsini başa düşəcəyik. Lakin bu xəstəlik yüngül olacağı halda belə, biz əvvəlki qaydada hərəkət etməli, xəstəliyin yayılmasına nəzarət tədbirləri görməliyik. Ona görə ki, yoluxan insanlardan bəzilərini xəstəxanaya yerləşdirmək lazım gələcək və onlar intensiv terapiya bölməsinə keçəcək, bəzi adamlar öləcək”.
İndiyə qədər dünyanın 40-dan çox ölkəsində omikron ştamı aşkar edilib.