ÜST: Koronavirusun omikron variantına yoluxmaların pik həddinə çatması üçün saylı həftələr qalır

A- A A+

Koronavirusun omikron variantına yoluxmalar bir neçə həftədən sonra pik həddinə çata bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan brifinqdə elan edib.

Rayan deyib: “Omikron” variantının aşkar edildiyi yerdə bu virusun çox sürətlə yayılması müşahidə olunur. Buna görə də bir neçə həftədən sonra biz pik həddinə çata bilərik. Lakin qalan vaxt hazırlaşmaq üçün kifayətdir”.

Ekspert daha sonra əlavə edib ki, ən səmərəli tədbirlərdən biri vaksinlənmədir. O vurğulayıb: “Hesab edirəm ki, peyvəndlənmə “omikron” ştamından qorunmağı müəyyən dərəcədə təmin edir”.

ÜST noyabrın 26-da Afrikanın cənubunda aşkar edilmiş B.1.1.529 ştamını yunan əlifbasının “omikron” hərfi ilə işarə edib. ÜST-nin bəyanatında bildirilirdi ki, ştamın bu növü çoxsaylı mutasiyalara malikdir. Bu mutasiyalardan bəziləri ciddi narahatlıq doğurur.

Dünyada “omikron” ştamının yayılmasının mərkəzi Afrikanın cənubudur. Bu virusa yoluxanların ən çoxu Cənubi Afrika Respublikasında qeydə alınıb. “Omikron” dünyanın 77 ölkəsində aşkar edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: