Respublika Klinik Xəstəxanasının həkim heyəti Naxçıvanda tibbi aksiya keçirir - VİDEO

A- A A+

Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti hər il muxtar respublikamızda humanitar tibbi aksiyalar keçirir. Xəstəxananın tibbi heyəti növbəti dəfə Şərur rayonunda 4 günlük humanitar aksiyaya start verib.

Aksiyada Respublika Klinik Xəstəxanasının peşəkar cərrahlarından Samir Aslanbəyli, Məsmə Həsənova, Sahib Hüseynov, mama-ginekoloq Zəhra Abbasova, kardioloq Gülnar Cəfərova, otolarinqoloq Anar Əsgərov, uroloq Ceyhun Cəlilov, endokrinoloq Gülxanım Qurbanova və başqaları olmaqla 21 müxtəlif ixtisaslı həkim iştirak edir. Onların səyi ilə aksiyanın ilk günü 542 nəfər ambulator müayinədən keçirilib. Gün ərzində pasiyentlər cərrahi, hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə əhatə olunublar.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:                                                       

                                                               Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: