Səhiyyə Nazirliyi valideynlərə xəbərdarlıq edib

A- A A+

“Mütəxəssis olaraq uşaqlara dərman vasitələrini ancaq ehtiyac olduğu təqdirdə verilməsinin tərəfdarıyam. Bəzən hər hansı göstəriş olmadan uşaqlara kalsium metabalizmanın bilmədən verilməsi heç də yaxşı nəticəyə səbəb olmur”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

O bildirib ki, bəzən ehtiyac olmadan uşaqlara kalsium qəbulu məsləhət görülür: “Kalsium artıqlığı böyrəklərdə duzlaşma və daş əmələ gətirir. Ona görə də dərman uşaqlara əsaslı şəkildə verilməlidir. Yəni hansısa uşaqda kalsium azlığı varsa, həkim məsləhəti ilə verilə bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: