"Dünya pandemiyanın sonuna belə yaxın deyil, lakin onu məğlub etmək üçün vasitələr var".
NUHÇIXAN İnformasiya Agentliyi "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan bildirib.
"Biz pandemiyanın sonunda deyilik, hətta onun sonuna da yaxın deyilik. Amma elmin sayəsində əvvəlkindən daha yaxşı imkanlarımız var. Biz virusla necə mübarizə aparacağımızı daha yaxşı başa düşürük. Lakin bizdə hərtərəfli və davamlı proqramlar həyata keçirmək üçün bütün ölkələr arasında kollektiv istək yoxdur”.