“Əminəm ki, bu səfərim əlaqələrimizin intensivləşməsində rol oynayacaq”.
NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Sarayevo və Bakıda səfirliklərin açılması əlaqələri dərinləşdirəcək: “Turist səfərləri artacaq, xalqlarımız arasında təmaslar güclənəcək. Həmçinin mən Azərbaycana COVID-19-la mübarizədə verdiyi dəstəyə görə təşəkkür edirəm”.
Nazirin sözlərinə görə, investisiyalar azdır və bu sahədə əməkdaşlıq genişləndirilməlidir: “Məsafə iqtisadi əməkdaşlığı gücləndirməyə mane olmamalıdır. Ölkəmiz balacadır, ancaq potensialı böyükdür. Bu gün razılaşdıq ki, əməkdaşlıq üçün yeni müqavilələr imzalayaq”.