Babək Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri 3-cü doza vaksinasiyaya cəlb olunub - FOTOLAR
Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri “COVİD-19” əleyhinə 3-cü doza vaksinasiyaya cəlb olunub.
Birinci və ikinci doza “Sinovac” vaksininə cəlb olunan 219 tibb işçisi 3-cü doza “Pfizer” vaksini qəbul edib.
Vaksinasiya zamanı heç bir narahatlıq müşahidə olunmayıb
Qeyd edək ki, “Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Bu istiqamətdə muxtar respublikamızda da lazımi işlər görülür. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, ölkəmizdə koronavirus infeksiyasına ən az yoluxma faktı Naxçıvanda müşahidə olunur. Diyarımızda COVİD-19 xəstəliyinə qarşı vaksinasiya tədbiri bu gün də uğurla həyata keçirilir.
Adilə Səfərova