Koronavirusun “Omicron” ştamından sonra “Delmicron” növü yayılır.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən bildirir ki, bu növ “Delta” və “Omicron”un əlamətlərini özündə cəmləşdirir.
Elm adamları “Delta” və “Omicron” adlarının birləşməsindən yaranan bu növün ABŞ və Avropada COVİD-19 sunamisindən yarandığını bildirir.
“Delta” və “Omicron” variantının müxtəlif xüsusiyyətlərini daşıyan “Delmicron”un ciddi xəstəliklərə səbəb olduğu düşünülür.
“Delmicron” növünün ağır simptomlara səbəb ola biləcəyi ehtimal edilir. İlkin əlamətlər kimi boğaz, baş ağrısı, quru öskürək, yorğunluq, dad və qoxu itirmə, yüksək temperatur və burun axması olduğu qeyd edilir.